525.Az

Elmar Məmmədyarov Monteneqro səfiri ilə görüşüb


 

Elmar Məmmədyarov Monteneqro səfiri ilə görüşüb<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun ölkəmizdə akkreditə olunmuş səfiri Ramo Bradiçi qəbul edib.

XİN-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bununla yanaşı, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsini və hər iki ölkənin iş adamları arasında təmasların intensivləşdirilməsinin zəruriliyini bildirib.

Səfir Ramo Bradiç ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, hava daşımaları, enerji, turizm sahələrində ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin, regionda baş verən proseslər, həyata keçirilən nəhəng enerji layihələri barədə fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov siyasi və iqtisadi münasibətlərlə yanaşı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə müsbət töhfələr verəcəyinə əminlik ifadə edib.

 





31.01.2013    çap et  çap et