525.Az

İmişlidə nə baş verib? (FOTO)


 

İmişlidə nə baş verib? <b style="color:red">(FOTO)</b>

Bu gün səhər saatlarında İmişli rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirilməsilə bağlı məlumat yayılıb.

Yayılan məlumata sakinlər heç kimin onların problemlərilə maraqlanmadığından, İcra Hakimiyyətinin işə məsuliyyətsizlik yanaşmasından şikayətləniblər. Yayılan məlumata görə, aksiyada 100-dən çox insan iştirak edib. Onlar müxtəlif şüarlar səsləndiriblər.

Məsələ ilə bağlı İmişli RPŞ-nin əməliyyat üzrə rəis müavini Etibar Babayev ANS PRESS-ə açıqlamasında KİV-də gedən xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, hər ayın sonu İmişli rayon icra başçısı rayon sakinlərini qəbul edir və onların problemi ilə maraqlanır.
Bu gün də başçısı Vilyam Hacıyevin qəbul günü idi. Sakinlər yığışıb, öz problemlərini başçıya bildiriblər. Onalr İcra Hakimiyyəti binasının qarşısında toplanıblar. Təxminən 70 nəfər sakin olub. İcra başçısı onları qəbul edib və problemlərilə maraqlanıb. Heç bir aksiya olmayıb, heç bir polislə sakinlər arasında narazılıq baş verməyib. Mən şəxsən özüm orda olmuşam”, - deyə Etibar Babayev bildirib.

 





31.01.2013    çap et  çap et