525.Az

Vahid Əhmədovla Əli Məsimlidən daha bir qanun layihəsi


 

Vahid Əhmədovla Əli Məsimlidən daha bir  qanun layihəsi<b style="color:red"></b>

Milli Məclisin (MM) sabah öz işinə başlayacaq 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” yeni qanun layihəsi daxil edilib.

525.az-ın məlumatına görə, bu haqda MM-in İqtisadi siyasət komitəsinin 2013-cü il yaz sessiyası ilə bağlı ilk iclasında adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə məlumat verib. Onun dediyinə görə, qanun layihəsi sözügedən komitənin üzvləri-millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli tərəfindən hazırlanıb. Komitə sədri deyib ki, belə bir qanun hazırlanması və qəbulu da indiki dövrdə olduqca vacibdir.

“Çünki reklam bazarında ciddi boşluqlar var və onlar hüquqi nöqteyi-nəzərdən bir daha tənzimlənməlidir”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Sözügedən qanun layihəsinin müəlliflərindən olan millət vəkili V. Əhmədov da öz növbəsində hazırladıqları sənədin MM-in yaz sessiyasının qanunvericilik işləri planına salınmasına görə, komitə və MM rəhbərliyinə təşəkkürünü bildirib:

“ Qeyd edim ki, qanun layihəsi üzərində son tamamlama işləri gedir və çox güman ki, inşallah, onu yaz sessiyasında ilk oxunuşda müzakirəyə çıxara biləcəyik.  Şəxsən belə hesab etdik, bu yöndə yeni qanun layihəsinə ehtiyac var. Xüsusilə də, reklamların dili ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar, narahatlıqlar var. Ona görə də bu qanunun hazırlanmasını və müzakirələrə təqdim edilməsini vacib saydıq”.

Kamil Həmzəoğlu

 





31.01.2013    çap et  çap et