525.Az

Bakıda təhlükəli cinayətkar vitse-prezidentin mənzilinə soxuldu


 

Bakıda təhlükəli cinayətkar vitse-prezidentin mənzilinə soxuldu<b style="color:red"></b> Bakı şəhərinin Səbail rayonu ərazisində mənzildən xeyli miqdarda pul və sənədlər oğurlanıb.
 
Lent.az-ın məlumatına görə, “Fasko” şirkətinin vitse-prezidenti, Belorus vətəndaşı Rudniçkaya Olqa Nikolayevna Səbail rayon Polis İdarəsinə müraciət edib. Qadın bildirib ki, xeyli müddətdir ki, şəhərin mərkəzi küçələrindən olan Zərifə Əliyeva küçəsi 22 ünvanında yaşayır. Yanvarın 31-da axşam evə qayıtdıqdan az sonra, saat 21 radələrində onun yaşadığı mənzilin qapısı döyülüb. O qapını açıb və qapını döyən şəxsin 30-35 yaşlı kişi olduğunu görüb. Həmin şəxs O.Rudniçkaya aşağı mərtəbədə yaşayan qonşu olduğunu deyib və qadının mənzilindən onun evinə su sızdığını bildirib. Naməlum şəxs mənzilə daxil olaraq suyun sızdığı yeri göstərəcəyini deyib və hamam otağına keçib. Daha sonra o problemi həll etmək üçün usta çağırılmasının lazım olduğunu deyib və evi tərk edib. Aşağı mərtəbədə yaşayan “qonşu”nun getməsindən az sonra O.Rudniçkaya stolun üstünə qoyduğu əl çantasının yoxa çıxdığını görüb. Məlum olub ki, həmin şəxs içərisində 800 dollar, xeyli sənəd olan çantanı götürərək qaçıb.
 
Araşdırmalar nəticəsində məlum olub ki, əslində qadının mənzilindən su sızması olmayıb. Hazırda oğurluq əməlini törətmiş şəxsin tutulması istiqamətində iş aparılır.
 
Qeyd edək ki, son vaxtlar bu kimi hadisələr çoxalıb. Özünü su, qaz idarəsinin əməkdaşı sığorta agenti və ya qonşu kimi təqdim edən naməlum şəxs şəhərin müxtəlif yerlərində mənzilləri açıq-aşkar talayır.
 
Yanvarın 30-da Daxili İşlər Nazirliyi belə təhlükəli cinayətkarlardan birinin görüntüsünü KİV-də yayımlayıb.
 





31.01.2013    çap et  çap et