525.Az

Dövlət sərhədlərini pozduqlarına görə 40 nəfər saxlanılıb


 

Dövlət sərhədlərini pozduqlarına görə 40 nəfər saxlanılıb<b style="color:red"></b>

 Azərbaycan sərhədçiləri tərəfindən yanvar ayında dövlət sərhədlərini pozduqlarına görə, 31 halda 40 nəfər saxlanılıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
 
Onlardan 22 nəfər Azərbaycan, 4 nəfər Özbəkistan, 3 nəfər Tacikistan, 2 nəfər İran, 2 nəfər Malaziya, 2 nəfər Pakistan, 2 nəfər Əfqanıstan, 3 nəfər digər ölkələrin vətəndaşları olub.
 
Yanvar ayında sərhəd rejimi qaydalarını pozduqlarına görə 42 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
 
Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 177 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
 
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 54 min manat olan qaçaqmal  tutulub.

 





31.01.2013    çap et  çap et