525.Az

15 yaşında elmi kəşf etdi- (Video)


 

15 yaşında elmi kəşf etdi- <b style="color:red">(Video)</b> 15 yaşlı Jack Andraka (Cak Andraka) etdiyi kəşflə elm adamlarını mat qoyub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ-ın Meriland əyalətində yaşayan Cak dünyanın ən böyük liseylərarası elmi araşdırma yarışmasında birinciliyi qazanıb. Onun kəşf etdiyi isə mədəaltı vəzinin xərçəngi üçün yeni testdir. Andraka istifadə olunan testlərdən 28 dəfə ucuz və sürətli nəticə verən, 100 qat daha həssas test kəşf edib. Gənc oğlanın kəşfetdiyi sidik və qan testi mədəaltı vəzi xərçəngini 90 fazi dəqiqliklə tapa bilir.

70 ölkədən 500 tələbənin qatıldığı yarışmada Cak Andraka bu elmi kəşfi üçün 75 min dollar mükafat alıb.

 





31.01.2013    çap et  çap et