525.Az

Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilir (Yenilənib)


 

Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilir <b style="color:red">(Yenilənib)</b>

Bakıda xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yazıçının “Daş yuxular” romanına etiraz əlaməti olaraq bir qrup tələbə və gənc Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb.
 
Qaçqın və Məcburi Köçkün Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun?!”, “Erməni Əkrəm, çıx ölkədən!” və s. şüarlar səsləndirilib.
 
Aksiya iştirakçıları Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar. 
 
Polis aksiyaya müdaxilə etməyib.

 





31.01.2013    çap et  çap et