525.Az

Almaniyanın deputatı Xocalı aeroportu haqqında danışdı


 

Almaniyanın deputatı Xocalı aeroportu haqqında danışdı<b style="color:red"></b>

Almaniya Parlamentinin deputatı  Ermənistanın Xocalı aeroportu barədə planlarına münasibət bildirib.

525.az-ın məlumatına görə, Almaniya Federativ Respublikası Bundestaqının  Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib ki, Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb.
 
Deputat xatırladıb ki, BMT Təhlükəsizlik Şürası bunu öz qətnamələrində dəfələrlə tələb edib. "Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinə münasibət bildirən Avropa Birliyinin Xarici və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Katerina Əşton açıq şəkildə bəan edib ki, bu seçkiləri Avropa Birliyi tanımır".

Katerina Reyç Almaniyanın mövqeyini bildirərək bu söləri deyib:

"Almaniya olaraq, bizim mövqeyimiz aydındır: Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması  ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq. Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Dağlıq Qarabağ münaqişəsi ölkənin ən böyük problemidir. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti üçün müsbət təkan yarada bilər. Bu, regionun bütün dövlətlərinin marağındadır.

Sülh prosesi ilə bağlı  beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə, vacibdir. BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır".

 





31.01.2013    çap et  çap et