525.Az

Xanhüseyn Kazımlının “qanun”undan nə xəbər var?


 

Xanhüseyn Kazımlının “qanun”undan nə xəbər var?<b style="color:red"></b>

"Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsini rəy verilməsi üçün aidiyyəti təşkilatlara öz imzamla göndərmişəm”.
 
525.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə 2013-cü il yaz sessiyası ilə bağlı adıçəkilən komitənin ilk iclasında dilə gətirib.

Onun dediyinə görə, sözügedən qanun layihəsi hələ bir müddət öncə, yəni, 2012-ci ilin sessiyalarının müzakirəsinə təqdim edilibmiş.

“Biz həmin vaxt onu müzakirədən keçirib, birinci oxunuşda qəbul etmişdik. Bundan sonra isə onu öz imzamla aidiyyəti strukturlara, İqtisadi İnkişaf Nazirliyinə, Mərkəzi Banka, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, o cümlədən, digər qurumlara göndərmişəm və qeyd edim ki, artıq həmin qurumlardan da cavablar, rəylər almışam. Həmin rəylərlə tanış olmaq üçün onları komitə üzlərinə də paylayacağıq.

Məhz  bundan sonra həmin qanun layihəsini bir daha müzakirə edib, müvafiq oxunuşun müzakirəsinə  təqdim etmək olar. Hər halda belə bir qanunun da qəbuluna ehtiyac var”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





31.01.2013    çap et  çap et