525.Az

“54 gün mühasirədə” ingilis və rus dillərində- VİDEO


 

“54 gün mühasirədə” ingilis və rus dillərində- <b style="color:red">VİDEO</b>

Azərbaycan torpaqlarının işğalından bəhs edən “54 gün mühasirədə” sənədli filmi ingilis və rus dillərinə tərcümə olunub.

“Media forum” saytının məlumatına görə, filmin ingilis və rus dillərində olan versiyası xarici ölkələrin və beynəlxalq təşkilatların Bakıdakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə və diaspor təşkilatlarına göndəriləcək.

Film 1993-cü ildə Laçının şimal hissəsi və Kəlbəcərin işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn hadisələri əks etdirir. “54 gün mühasirədə”nin qəhrəmanı həmin şəxslərdən biri – Laçının Oğuldərə kəndinin sakini, “54 gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyevdir. Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər lentin yaddaşına köçürülüb.

“54 gün mühasirədə”nin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film Milli Məclisin deputatı Nazim Fərəcovun təşəbbüsü ilə çəkilib.




 





31.01.2013    çap et  çap et