525.Az

Bakıda avtomobil ər-arvadı vurdu


 

Bakıda avtomobil ər-arvadı vurdu<b style="color:red"></b> Yanvarın 31-də axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəxanı-Pirşağı yolunda Məmmədov Etibar Hacıbala oğlu idarə etdiyi “Opel Vectra” markalı, 10 VS 973 nömrə nişanlı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar 1962-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Nuriyeva Mahirə Nuru qızı ağır bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralılardan M.Nuriyevanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla əlaqədar Sabunçu PRİ-də cinayət işi başlayıb, araşdırmalar aparılır.
 





01.02.2013    çap et  çap et