525.Az

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb


 

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb<b style="color:red"></b>

Bu gündən Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması başlayıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
 
Həcc ziyarətinin proqramı və qiymətlər bu ilin aprelində QMİ nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanacaq protokolun hazırlanması zamanı dəqiq məlum olacaq.
 
Ziyarətlə bağlı Azərbaycan üçün müəyyənləşmiş kvota da həmin vaxt müəyyənləşəcək.
 
Bu il də  zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər, Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. QMİ-dən bildiriblər ki, bu il ziyarət xərclərinin qiymətlərində artım gözlənilir. Bu, Səudiyyə Ərəbistanında tutulacaq hotellərin və kirayə götürüləcək çadırların qiyməti ilə bağlıdır. Ötən il Səudiyyə Ərəbistanı ziyarət çadırlarını Azərbaycana pulsuz vermişdi.
 
Qeyd edək ki, ötən il Həcc ziyarətinə təyyarə ilə gedənlər üçün 3090 manat və 3850 manat qiymət təklif olunub. Qiymətlər zəvvarların mehmanxanalarda 4 və ya 6 nəfərlik otaqlarda qalmaq istəyindən asılı olaraq müəyyənləşir.

 





01.02.2013    çap et  çap et