525.Az

Yanacaq şirkətində partlayış- 25 ölü, 100 yaralı


 

Yanacaq şirkətində partlayış- 25 ölü, 100 yaralı<b style="color:red"></b>

Meksikanın paytaxtı Mexiko Sitidəki "Pemex" yanacaq şirkətinin mərkəzi binasında böyük partlayış olub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hökumət rəsmiləri partlayışın 52 mərtəbəli B2 binasının zirzəmisində baş verdiyini bildiriblər.

Partlayışın xüsusilə aşağı mərtəbələrdə çalışanlara təsir etdiyi, ətrafdkı küçələrə binadan qopan hissələrin yayıldığı, insanların panikaya qapıldığı qeyd edilib.

Daxili işlər naziri Mişel Angel Osorio Şonq partlayış nəticəsində 25 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını, hələ də binada qalanların olduğunu söyləyib.

 





01.02.2013    çap et  çap et