525.Az

Sürücülərə tıxaclarla bağlı müraciət edildi


 

Sürücülərə tıxaclarla bağlı müraciət edildi<b style="color:red"></b> Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıdakı tıxaclarla bağlı sürücülərə müraciət edib.
 
Lent.az-ın məlumatına görə, müraciətdə Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində kənar yolunda Vergilər İdarəsinin qabağından başlayaraq Bağırov körpüsünə qədər nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunması bildirilir: “Sürücülərdən xahiş olunur ki, imkan daxilində əsas yoldan istifadə etsinlər”.
 
Qeyd edək ki, bu gün səhər saatlarında bakının bir sıra ərazilərində yollarda sıxlıq və tıxac müşahidə olunur.
 





01.02.2013    çap et  çap et