525.Az

Yağmurlu hava şəraiti davam edəcək


 

Yağmurlu hava şəraiti davam edəcək<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında fevralın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 1-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında fevralın 2-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 





01.02.2013    çap et  çap et