525.Az

Əkrəm Əylisli Salman Rüşdiylə eyniləşdirildi


 

Əkrəm Əylisli Salman Rüşdiylə eyniləşdirildi<b style="color:red"></b>

“Əkrəm Əylisinin “Daş yuxular” əsəri Salman Rüşdinin “Şeytan ayələri” kitabı ilə eynidir”.
 
Modern.az-ın məlumatına görə, bu sözləri bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc səsləndirib.

Deputatın sözlərinə görə, Salman Rüşdinin bu kitabı müsəlmanlar üçün necə ciddi problemlər yaradıbsa, Əkrəm Əylislinin kitabı da Azərbaycan üçün elədir:
 
“Əkrəm Əylislinin yazdığı bu əsər Azərbaycan xalqı üçün çox ciddi və mənfi əsərdir. Burada azərbaycanlılar çox ciddi şəkildə tənqid olunur”.

Bununla yanaşı, Zahir Oruc bildirib ki, Milli Məclisdə Əkrəm Əylislinin müzakirə edilməsi heç də ona qarşı totalitar hücum olunması mənasını vermir:

“Deputatlar sadəcə olaraq öz vətəndaşlıq mövqeyini burada sərgiləyirlər. Əkrəm Əylisli deyib ki, “ölkədən çıxıb gedəcəyəm və mənə bir şey olsa bunun cavabını kim verəcək?”. Mən hesab edirəm ki, heç kimin üzərinə total hücum etmək düzgün olmazdı. Amma hər bir kəs də öz məsuliyyətini anlamalıdır və nəticə çıxarmalıdır”, – deyə millət vəkili əlavə edib.

Deputat Musa Quliyev isə deyib ki, Ə.Əylislinin romanı Azərbaycanın milli mədəni dəyərlərini aşağılayan əsərdir:

"Bu, ermənilərin işğal siyasətinə faktiki olaraq bəraət qazandırmaqdır. Əkrəm Əylisli faktiki olaraq Naxçıvan və Qarabağı “erməni torpağı" kimi təqdim edir. O, ermənilərin saxtakarlığını həqiqət kimi təqdim etməyə çalışır".

 





01.02.2013    çap et  çap et