525.Az

Çıxışı yarımçıq saxlanan deputat Milli Məclisin iclasını tərk edib(VİDEO, Yenilənib)


 

Çıxışı yarımçıq saxlanan deputat Milli Məclisin iclasını tərk edib<b style="color:red">(VİDEO, Yenilənib)</b>

 Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərovla deputat İqbal Ağazadə arasında mübahisə düşüb.

 APA-nın məlumatına görə, İqbal Ağazadə seçki qanunvericiliyinə dəyişikliklər və Mərkəzi Seçki Komissiyası ilə bağlı etiraz xarakterli çıxış edərkən mikrofonu söndürülüb. İclasa sədrlik edən Ziyafət Əsgərov bu addımı qaldırılan məsələnin bitmiş məsələ olması ilə əlaqələndirib. İqbal Ağazadə isə mikrofonu söndürülsə də, çıxışına davam edib və mikrofonun yandırılmasını istəyib. Z. Əsgərov isə bu tələbi cavabsız qoyaraq sözü millət vəkili Sabir Rüstməxanlıya verib.

İ. Ağazadə Sabir Rüstəmxanlıya müraciət edərək onun əvəzinə danışmağa imkan yaratmağı xahiş edib. S. Rüstəmxanlı öz vaxtını İqbal Ağazadəyə verməyə razılaşsa da, Z. Əsgərov İqbal Ağazadənin çıxışına imkan verməyib: “Bura uşaq bağçası deyil, Milli Məclisdir. Öncədən baxılan qanun barədə danışmaq yersizdir”. Daha sonra S. Rüstəmxanlı çıxışına başlayıb. İ. Ağazadə isə zalı nümayişkaranə şəkildə tərk edib.

 





01.02.2013    çap et  çap et