525.Az

Turizm Universitetinin əməkdaşı Finlandiyanın Kaajani Universitetində


 

Turizm Universitetinin əməkdaşı Finlandiyanın Kaajani Universitetində<b style="color:red"></b> Azərbaycan Turizm və Menecment Universiteti(ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Beynəlxalq həftə” də iştirak edib.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Kaajani Tətbiqi Elmlər Universitetində təşkil olunmuş “Beynəlxalq həftə”də bu ali təhsil ocağı əməkdaşının iştirakı universitetlərarası qarşılıqlı anlaşmaya əsasən 2015- cil idən 5 il müddətinə həyata keçirilməsi nəzərdə tutulan Erasmus Mundus “KA-1” layihəsi çərçivəsindədir.

ATMU əməkdaşı “Beynəlxalq həftə”-nin davam etdiyi müddətdə universitetlərdə beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, turizmdə müasir araşdırma mövzuları, təhsilin keyfiyyətinin yüksəldilməsi və sair istiqamətli panellərdə,o cümlədən təhsil sərgisində də iştirak edib.

O.Musa “Dünya ölkələrində turizmin vəziyyəti”nə həsr olunan paneldə Azərbaycanda turizmin müasir vəziyyəti, son illərdə turizm sektorunda görülən əhəmiyyətli işlər, o cümlədən ATMU- nun təhsil strategiyası haqqında iştirakçılara ətraflı məlumat verib. Tədbir zamanı aparılan danışıqlara əsasən aprel ayında Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetinin müəllimi qısa müddət ərzində ATMU - da turizm ixtisası üzrə müvafiq fənni tədris edəcək.

ATMU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 2015/2016- cı tədris ilinin II semestrindən Turizm və qonaqpərvərlik ixtisasının 2 tələbəsi məlum proqram çərçivəsində Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində təhsil alırlar. Yeni tədris semestrində də tələbə mübadiləsinin təşkil olunması nəzərdə tutulub.

Vəfa MƏMMƏDLİ
 





02.03.2016    çap et  çap et