525.Az

Türkiyə hökuməti üç "ağ"a müharibə elan etdi


 

Türkiyə hökuməti üç "ağ"a müharibə elan etdi<b style="color:red"></b>

Türkiyə hökuməti insan sağlamlığı üçün zərərli olan üç "ağ"a - una, duza və şəkərə qarşı mübarizəyə başlayır.

Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin hazırladığı fəaliyyət planına görə, ilk mərhələdə ağ şəkərdən istifadənin azaldılması istiqamətində tədbirlər görüləcək. Dövlət qurumları başda olmaqla, gündəlik həyatda saf xammaldan hazırlanan qara şəkərdən istifadə yayğınlaşdırılacaq. Daha sonra isə qlükoza tərkibli şəkər istehsalına məhdudiyyət qoyulacaq.

Nazirliyin yol xəritəsindəki növbəti addım isə süfrə duzuyla bağlı olacaq. Kalsium və karbonat baxımından daha az zəngin olan duz yerinə daş duzdan istifadə yayğınlaşdırılacaq. Bu plan hazırlanarkən Türkiyənin mətbəx duzu ehtiyacının daş duzla ödənib-ödənməyəcəyi konkretləşəcək. Bu haqda hesabat hazırlandıqdan sonra duz istehsal edən firmalarla müzakirələr aparılacaq və istehsalda dəyişiklik ediləcək.

Tam taxıllı çörəyə isə 2014-cü ilin əvvəlində keçiləcək. Kənd Təsərrüfatı Nazirliyinin kəpək faizini artırdığı ağ çörək bu tarixdə tamamilə rəflərdən enə bilər. Son qərarın yaxın aylarda Nazirlər Kabinetində verilməsi gözlənilir.

TRT

 





01.02.2013    çap et  çap et