525.Az

Sabirabadda ata və oğul itkin düşüb - FOTO


 

Sabirabadda ata və oğul itkin düşüb -<b style="color:red"> FOTO</b>

Sabirabad rayonunda ata və oğul itkin düşüb.

 İtən şəxsin ailəsindən APA-ya verilən məlumata görə, Sabirabad şəhər sakini, Vidadi küçəsi, dalan 1, ev 4-də yaşayan 1974-cü il təvəllüdlü Həsənov Fuad Yusif oğlu 30 yanvar 15:00 radələrində 4 yaşlı oğlu Elxanla evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Evdən çıxarkən əynində qara şalvar və qara balon gödəkcə olub. Uşağın əynində tünd sarı dəri gödəkcə (dublyonka) olub. Şəkildə gördüyünüz şəxslər barədə hər hansı bir məlumatı olan varsa, xahiş olunur aşağıdakı telefonlarla zəng vursunlar:  (050) 612 37 44,  (050) 452 32 25.

 





01.02.2013    çap et  çap et