525.Az

“Azərbaycanda sağlamlıq turizmi ilə bağlı böyük ənənələr var”


 

“Azərbaycanda sağlamlıq turizmi ilə bağlı böyük ənənələr var”<b style="color:red"></b> “Azərbaycan turistlər üçün sağlamlıq turizmi sahəsində aktual ölkədir”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.
 
Onun sözlərinə görə, sağlamlıq turizmi 12 ay ərzində Azərbaycanda aktualdır:

“Başqa turizm növlərindən fərqli olaraq, gecələmə sayı 14-21 gündür. Azərbaycanın sağlamlıq turizmi ilə bağlı çox böyük ənənələri mövcuddur. Həmin ənənələri bərpa etməklə, yeni texnologiya və innovativ sistemlərdən yararlanaraq dünya sağlamlıq turizm sərgilərində Naftalan, Duzdağ və digər sağlamlıq turizm mərkəzlərini tanıdırıq”.
 
R. Quliyev qeyd edib ki, 80-ci illərin sonuna qədər sağlamlıq turizmi ilə bağlı Azərbaycana Sovet Sosialist Respublikalarından ümumilikdə il ərzində 1 milyondan çox turist gəlib:
 
“Hazırda konkret rəqəmlər mövcud deyil. Buna baxmayaraq, 1999-cu ildən etibarən sağlamlıq məqsədilə Azərbaycan gələn turistlərin sayı çox olmasa da, ilbəil artır.

Məqsədimiz yaxın 5 il ərzində Azərbaycana gələn turistlərin sayının 30 faizinin məhz sağlamlıq turizminin payına düşməsini təmin etməkdir”.

Qeyd edək ki, bu gün Health Travel Business Club Baku-2016 tədbirinin açılış mərasimi keçirilib.
 





04.03.2016    çap et  çap et