525.Az

Talassemiya daşıyıcı olan 5 cütlük nikahdan, 1 cütlük hamiləlikdən imtina edib


 

Talassemiya daşıyıcı olan 5 cütlük nikahdan, 1 cütlük hamiləlikdən imtina edib<b style="color:red"></b> “Azərbaycanda artıq 9 aydır ki, nikaha daxil olmaq istəyən cütlüklərdən qan nümunələri götürülür. Bu müddət ərzində 107 500 nəfər müayinə edilib. İl ərzində nikahların sayına uyğun olaraq 180 min nəfərin müayinə edilməsi nəzərdə tutulub”.
 
APA-nın xəbərinə görə, bunu  B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O bildirib ki, Azərbaycanda  nikaha daxil olmaq istəyən 6222  nəfərin talassemiya daşıyıcı olduğu aşkarlanıb.

Z.Əlimirzəyevanın sözlərinə görə, 48 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib:
 
“Bunlardan 4-5 cütlük nikaha daxil olmaqdan imtina edib. Ancaq xəstə cütlüklərdən ailə qurnalar da var ki, hətta onlarda hamiləlik də müşahidə edilir. Həmin cütlüklər bizə müraciət edir və onların genetik müayinəsi aparılır. Fevralın 23-də ilk dəfə olaraq Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb. Həmin döldə də xəstəlik aşkarlanıb. Gənclərə bu barədə məlumat verdik və xəstəliyin ciddiliyi onlara izah olundu. Onlar hamiləliyi pozmağı qərara aldılar”.
 
Direktor əlavə edib ki, 9 ay ərzində 71 nəfərdə QİCS, 328 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə, həmin cütlüklərlə məlumat verilib.
 





04.03.2016    çap et  çap et