525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Martın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
 
Martın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.
 
Martın 5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Martın 6-da isə hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun enməsi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
 





04.03.2016    çap et  çap et