525.Az

"İqtisadiyyatın 4,5 faizini turizm gəlirləri təşkil edir"


 

"İqtisadiyyatın 4,5 faizini turizm gəlirləri təşkil edir"<b style="color:red"></b> Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda keçirilən toplantısında iştirak edən qonaqların şərəfinə rəsmi səhər yeməyi verilib.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” hesab olunan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) növbəti toplantısının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Nazir həmçinin qeyd edib ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilərək, bu təşkilatla sıx əlaqələr qurub:
 
"Bu gün turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4,5% ni təşkil edir. Biz bu sahəni n inkişafı üçün daha da səylə çalışırıq. Ümid edirik ki, bu görüşdən sonra siz Azərbaycanda olmağı öz dostlarınıza məsləhət görəcəksiniz".
 
Ə. Qarayev vurğulayıb ki, rəsmi səhər yeməyində qonaqlara ölkəmizin yeni brendi olan "Azerbaijan breakfast" təqdim olunub.
 
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Katibi Taleb Rifainin Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayıb
 
Lüsern Dünya Turizm Forumunun sədri Reto Vitterver çıxış edərək müasir dövrdə turizmin dünya iqtisadiyyatında önəmindən danışıb. Həmçinin Azərbaycanın dünyada enerji resursları ilə zəngin ölkə kimi tanınmasına baxmayaraq, böyük turizm potensialının olduğunu da vurğulayıb.
 
Qeyd edək ki, martın 6-dək davam edəcək Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) Bakıdakı toplantısı “İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzusu üzrə keçiriləcək.
 





05.03.2016    çap et  çap et