525.Az

Bakıda növbəti turizm yarmarkası


 

Bakıda növbəti turizm yarmarkası <b style="color:red"></b>

Martın 5-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə “Park Bulvar” alış-veriş mərkəzində dördüncü “Mövsüm Səyahət Yarmarkası” keçirilib.

AzərTAc xəbər verir ki, yarmarkada ölkənin 20-dən çox aparıcı turizm şirkətinin stendi təqdim edilib. Müştərilər turizm marşrutları, qiymətlər, güzəştlər, “Erkən bronlar” aksiyası ilə tanış olublar. Yarmarkada Novruz bayramı günləri üçün maraqlı turlar təklif edilib.

Tədbir çərçivəsində müsabiqə keçirilib. Qaliblərə yollayış, ölkənin turizm şirkətlərinin və məşhur otellərinin hədiyyələri təqdim olunub.

Dördüncü “Mövsüm Səyahət Yarmarkası” böyük maraqla qarşılanıb.

 





05.03.2016    çap et  çap et