525.Az

Qeyri-sabit hava şəraiti davam edəcək


 

Qeyri-sabit hava şəraiti davam edəcək<b style="color:red"></b> Azərbaycanda müşahidə edilən qeyri-sabit hava şəraiti martın 8-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabahdan etibarən ölkədə hava şəraitinin sabitləşəcəyi gözlənilir.
 
Əvvəldən xəbər verildiyi kimi, martın 6-dan etibarən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimal-qərb küləyi əsib. Yağışlar bəzi yerlərdə intensiv xarakterli olub. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enib.
 





07.03.2016    çap et  çap et