525.Az

Dəhşətli qəza törədən 13 yaşlı oğlan iş adamının oğlu imiş


 

Dəhşətli qəza törədən 13 yaşlı oğlan iş adamının oğlu imiş<b style="color:red"></b> Bu gün Şirvan şəhərində baş vermiş dəhşətli yol qəzasının bəzi məqamları aydın olub.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, 13 yaşlı Elxan Abdulov atasına məxsus avtomobili icazəsi götürüb və yüksək sürətlə hərəkət edərkən ağır qəza törədib. Məlumata görə, yeniyetmənin atası şəhərdə sayılıb-seçilən iş adamlarındandır. Hadisə isə bu gün sübh çağı baş verib. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 07.00 radələrində qeydə alınıb. “Mercedes” markalı, 90 HD 826 dövlət nömrə nişanlı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 1997-ci i təvəllüdlü Məmmədov Cəbrayıl Vüqar oğlu açıq kəllə-beyin travması alaraq ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralını və meyiti  avtomobildən FHN əməkdaşları çıxarıb.
 
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 





02.02.2013    çap et  çap et