525.Az

Faktiki hava şəraiti açıqlandı


 

Faktiki hava şəraiti açıqlandı<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunan faktiki havanı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 525.az-z verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.
 





07.03.2016    çap et  çap et