525.Az

“Biz sizi unutmadıq -4” - Fotolar


 

“Biz sizi unutmadıq -4” - <b style="color:red">Fotolar</b> Bü gün səhər saat 6:00-dan başlayaraq “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şəhərin müxtəlif yerlərində “Biz sizi unutmadıq -4” adlı aksiya keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, təşkilatın üzvləri Bakının müxtəlif küçələrində təmizlik işlərini həyata keçirən çoxlu sayda zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər.

Birliyin sədri Sevinc Əzimbəylinin sözlərinə görə, artıq 4 ildır ki, hər il 8 Mart öncəsi paytaxtımızda “Biz sizi unutmadıq” adlı aksiya həyata keçirirlər:
 
“Aksiyanın əsas məqsədi 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar analarımızı sevindirmək, onları unutmadığımızı göstərmək olub.
 
Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz qadınlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk.

Digər tərəfdən bu aksiya ilə zəngin insanlara bir mesaj da gönəririk: şəhərimizin təmizlənməsində min bir əziyyətə qatlaşan analarımıza öz qayğınızı əsirgəməyin”.

“Yeni Üfüq” İctimai Birliyi “Biz sizi unutmadıq - 4” adlı aksiya zamanı Bakının müxtəlif küçələrində təmizlik aparan çoxlu sayda fədakar xanımlara bayram hədiyyələri və qızıl güllər təqdim edib. -
 





07.03.2016    çap et  çap et