525.Az

Cəbhədə monitoriq keçiriləcək


 

Cəbhədə monitoriq keçiriləcək<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov keçirəcəklər.

 





04.02.2013    çap et  çap et