525.Az

"Facebook"un yaranmasından 9 il ötür


 

"Facebook"un yaranmasından 9 il ötür<b style="color:red"></b>

2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü.
 
Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.

Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan PayPal–la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft Facebook–un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.

Bu gün Facebook–un dəyəri bir neçə faktlara görə 15 milyard dollar həcmindədir. Mark Zukerberq 27% səhmə sahibdir və 4 milyard dolların rəhbərliyi ona aid edilir. Keçən il AvtaVAZ–ın Renault – la etdiyi müqavilə ilə müqayisədə burdan əldə edilən gəlir 4,5 milyard dollardır ki, bu da bir az artıq edir.

Forbes jurnalı bir çox tənqidçilərin və Facebook investorlarından fərqli olaraq 1,5 milyard dollarlıq mülklə dünya siyahısında 785 – ci yeri tuturdu. Lakin bütün bunlara baxmayaraq, Mark yenə də dünyanın ən gənc milyarderi hesab olunur.

Facebook haqqında maraqlı faktlar:

1. Orta statistik Facebook istifadəçisinin 130 dostu var.

2. Hər ay "Facebook"da 30 milyarddan çox material - linklər, xəbərlər, bloq yazıları, foto albomlar və s. - paylaşılır.

3. "Facebook"u müxtəlif dillərə tərcümə etmək üçün 300.000-dən çox adam çalışıb.

4. ABŞ-ın ən məhşur 100 saytının üçdə ikisi, dünyanın ən məşhur saytlarının yarısı "Facebook"a inteqrasiya olunub.

5. Hal-hazırda 250 milyondan çox aktiv istifadəçi "Facebook"a mobil vasitələrlə qoşulur.

6. "Facebook"a mobil telefonlarla daxil olanlar, mobil telefonlarla daxil olmayanlardan ikiqat daha aktivdir.

7. Orta statistik "Facebook" istifadəçisi 80 səhifə, qrupun üzvü olur və ya tədbirə qoşulur.

8. İnsanlar "Facebook"da hər ay 500 milyard dəqiqədən çox vaxt keçirirlər.

9. "Facebook" istifadəçilərin 70%-i ABŞ xaricindəndir.

10. "Facebook"un 750 milyondan artıq aktiv istifadəçisi var.

 





04.02.2013    çap et  çap et