525.Az

“İTB Berlin 2016” beynəlxalq turizm sərgisi öz işinə başlayıb


 

“İTB Berlin 2016” beynəlxalq turizm sərgisi öz işinə başlayıb<b style="color:red"></b>

Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2016” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərov və turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgiyə, həmçinin 14 yerli turizm şirkəti və Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışının təşkilat komitəsi də qatılıb.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 94 kvadratmetr sahədə stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.

Sərgi çərçivəsində Azərbaycanın milli stendində nazirliyin Almaniyada turizm təmsilçiliyini həyata keçirən “AVIAREPS Tourism” şirkətinin təşkilatçılığı ilə bu ölkənin aparıcı tur operatorları ilə işgüzar görüşlər keçirilib. Almaniya tərəfindən görüşlərdə "Dertour", "OST&FERN Reisedienst GmbH", "Biblische Reisen", Orientaltours", "Thomas Cook Belgium", “Bis Aktivreisen", "Trail Natur-und Erlebnisreisen", “AT Reisen GmbH” və digər şirkətlər iştirak ediblər.

Sərgi martın 13-dək davam edəcək.

Qeyd edək ki, ötən il Almaniyadan ölkəmizə 15 mindən çox turist səfər edib. Bu isə 2014-cü illə müqayisədə 1300 nəfərdən çox artım deməkdir.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.

 

 





11.03.2016    çap et  çap et