525.Az

YAP-çı deputat : “...Daşları, onu atanların özlərinə yağdırmalıyıq”


 

YAP-çı deputat : “...Daşları, onu atanların özlərinə yağdırmalıyıq”<b style="color:red"></b>

“Azərbaycan müxalifəti, onun radikal qanadı ölkədə baş verən ən xırda hadisədən hər zaman hakimiyyətə qarşı istifadə etməyə çalışır. Amma çox təəssüflər olsun ki, onlar xalq yazıçısı adını daşıyan Əkrəm Əylislinin-əslində onu əyriəsilli adlandırmaq daha düzgün olardı- başdan-ayağacan antiazərbaycan, erməni ruhlu “Daş yuxular” əsəri barədə bir kəlmə olsun belə danışmır, özlərini heç nə olmamış kimi aparırlar”.

525.az-ınməlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax şəhər təşkilatının sədri, millət vəkili İlham Məmmədov dilə gətirib.

 Millət vəkilinin bildirdiyinə görə, açıq-aşkar ermənilərin müdafiəsinə, təbliğatına xidmət edən, Azərbaycan xalqına, qarşı nifrət ruhunda olan bir “əsərə” münasibət bildirməməklə, radikal qüvvələr əslində həmin şəxslə eyni mövqeni bölüşmüş, Azərbaycan xalqına və dövlətinə xəyanət yolunu tutmuş olurlar: “ Filosof şairimiz Hüseyn Cavid məhşur “İblis” əsərində belə bir dahiyanə fikir söyləyib “İblis nədir?” Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis!”. Bu misralar sanki  bu günlərdə zühur edən “Daş yuxular” üçün  yazılıb. “Əsər”in içində bir iblis, şeytan yatır, yazıçının əməllərinə başqa da vermək mümkün deyil. Ümumiyyətlə, iblislik, iblis xisləti cəmiyyət həyatının taleyüklü məsələlərinin vacibliyi, həll olunması məqamlarında üzə çıxır. Biz dəfələrlə daxildən və xaricdən olan belə iblisləri, iblis xislətliləri çox görmüşük.  Bildiyiniz kimi, 2013-cü il prezident seçkiləri ildir və Azərbaycan xalqı növbəti 5 il müddətinə öz rəhbərini, taleyinin etibar edəcək şəxsi seçməyə hazırlaşır. Ancaq yatıb  yuxularında “ daş” görənlər isə növbəti dəfə bu prosesə mane olmaq, Azərbaycanı demokratik inkişaf yolundan, öz bəlli seçimindən sapdırmağa çalışırlar.

 Sual olunur, bu “əsər” 2007  ci ildə yazılmışdısa, niyə məhz indi ortaya çıxır? Deməli, burada məqsəd bəllidir- ölkədə çaxnaşma, qarşıdurma yaratmaq. Ancaq Əkrəm Əyriəsillilər başda olmaqla, onun hərəkətə gətirən qüvvələr, antiazərbaycançı, ermənipərəst dairələr yaxşı bilsinlər ki, onlar bu dəfə də öz məkrli, xəyanətkar niyyətlərinə nail ola bilməyəcəklər. Onu da bildiyiniz kimi, yatıb yuxuda daşı ancaq şeytanlar görə bilər. Hətta, müqqəddəs İslam dinimizdə şeytana daş atmaq ənənəsi var. Həcc ziyarətinə gedən müsəlmanlar da daim məhz şeytanı daşlayırlar. Odur ki, biz də həmin “daş yuxularda” Azərbaycana atılan daşı-daşları götürüb, ona atanlara, şeytan ruhlu insanların özlərinə doğru yönəltməliyik”.

İ.Məmmədov sonda bir daha bildirib ki, dövlət başçısı, YAP sədri İ.Əliyevin başçılığı altında gələcəyə, növbəti qələbələrə doğru inamla addımlayan müstəqil Azərbaycan dövlətini heç kim, heç bir qüvvə öz tutduğu yoldan döndərməyə qadir və nail ola bilməyəcək.

K.Həmidov

 





04.02.2013    çap et  çap et