525.Az

İçkidən zəhərlənib öldü


 

İçkidən zəhərlənib öldü

Bakı sakini spirtli içkidən zəhərlənib. Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ağayusif Həsənov spirtli içkidən zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Vəziyyəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 





24.09.2012    çap et  çap et