525.Az

Amerikanın ən yaxşı snayperçisi öldürüldü


 

Amerikanın ən yaxşı snayperçisi öldürüldü<b style="color:red"></b>

Amerika ordusunun ən yaxşı snayperi də qurbanlarıyla eyni aqibətə uğrayıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə. İraqdakı vəzifəsilə məşhurlaşan Kris Kayl Texasda vurularaq öldürülüb.

ABŞ ordusunda snayper olan Kris Kayl indiyə qədər 250-dən çox adamı silahla vuraraq öldürüb.

Texas ştatında Eddi Rey Rot adlı bir şəxsin məlum olmayan səbəbdən açdığı atəş isə Krisin və bir qonşusunun həyatına son qoyub.

İraqda çox sayda hədəfi vurduğu bilinən Kayl keçən il snayperlərin psixologiyasından bəhs edən kitab yazmış, kitab qısa müddətdə ən çox satılanlar siyahısına girmişdi. İraqda xidmət göstərdiyi vaxt silahlı qrupların qara siyahısına daxil olan Kaylın başına 20 min dollar mükafat qoyulub.

 





04.02.2013    çap et  çap et