525.Az

Sankt-Peterburqda azərbaycanlı bacısını 9-cu mərtəbədən atdı


 

Sankt-Peterburqda azərbaycanlı bacısını 9-cu mərtəbədən atdı<b style="color:red"></b> Azərbaycan vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində öz bacısını 9-cu mərtəbədən atıb.

APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, şəhərin Kupçino rayonunda yaşayan 26 yaşlı azərbaycanlı ilə onun 23 yaşlı bacısının (onların adı açıqlanmayıb) arasında mübahisə yaranıb. Bacısının öz ərinə xəyanət etməsindən şübhələnən qardaş onu 9-cu mərtəbədən atıb. Lakin ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
 
Cinayəti törədən Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb. Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb, istintaq davam edir.
 





04.02.2013    çap et  çap et