525.Az

Ukrayna mətbuatında Azərbaycan haqqında məqalə


 

Ukrayna mətbuatında Azərbaycan haqqında məqalə <b style="color:red"></b>

Ukrayna Nazirlər Kabinetinin mətbu orqanı  olan “Uryadovıy Kuryer” qəzetində Azərbaycanın sosial-iqtisadi inkişafını özündə əks etdirən geniş məqalə dərc olunub.

525.az-ın məlumatına görə, ”İnkişafın Azərbaycan modeli” və yaxud “Avropa ittifaqı ölkələrinin iqtisadiyyatındakı böhran durumun  Azərbaycana  təsir etməməsi amilləri” başlığı ilə dərc olunan məqalədə son 9 ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan qlobal sosial iqdisadi  islahatlar, Azərbaycanın avroatlantik məkana sürətli inteqrasiya siyasəti, ümumiyyətlə bölgənin və Avropanın enerji təhlükəzisliyinin təmin olunması istiqamətində inşa olunan qlobal transneftqaz kəmərinin çəkilməsi, Azərbaycanda əhalinin rifah halının yüksəldilməsi naminə milli strategiyanın əsas prinsip kimi götürülməsi  statistik rəqəmlərin dili ilə geniş oxucu auditoriyasına təqdim olunub.

Azərbaycanın əməkdar jurnalisti Faiq Hüsiyevin yazdığı məqalədə öz iqtisadi inkişaf tempinə görə cənubi qafqazda lider dövlətə çevrilən Azərbaycanın əksər şəhər və rayonlarında müasir tipli məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin inşa olunması dövlətimizin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri  kimi səciyyələndirilib.

Azərbaycanın MBD məkanında ən çox beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrildiyini qeyd edən müəllif, ötən il avrovision beynəlxaq mahnı müsabiqəsinin azərbaycanda keçirilməsini, Azərbaycanın BMT təhlükəsizlik şurasına qeyri daimi üzv seçilməsini, 2015-ci ildə Avropa Olimpiada oyunlrının ilk dəfə Bakı şəhərində keçirilməsi haqqında çıxarılmış qərarı ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək inam və etibarın məntiqi nəticəsi kimi dəyərləndirib.
 
50 min tirajla yayımlanan nüfuzlu mətbu orqanda daha sonra Azərbaycanda yerli və xarici investorlara yaradılan münbit şəraitdən söz açılır.Məqalədə qeyd olunurki, ötən 9 ildə Azərbaycanda iqtisadi diçəliş 3 dəfə, yəni 300 faiz artmışdır ki, buda MDB ölkələri arasında ən yüksək göstəricidir.Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinə aydınlıq gətirən müəllif məqalədə beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin dinamik inkişafınada geniş yer ayırıb.

Dəqiq faktlarla ölkəmizin iqdisadi inkişafının mənzərəsinə aydınlıq gətirən məqalədə Prezident İlham Əliyiven apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın gələcəkdə daha böyük uğurlara imza atacağı vurğulanıb.

 





04.02.2013    çap et  çap et