525.Az

ABŞ İranla barışır?


 

ABŞ İranla barışır?<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlarının İranla münasibətlərində dəyişiklik hiss olunur. İranın xarici işlər naziri Əli Əkbər Salehi Almaniyanın paytaxtı Berlində çıxışı zamanı bu cür açıqlama verib. Salehi bildirib ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenin ifadələrinə əsasən, yeni hakimiyyət dönəmində Ağ Ev rəhbərliyinin İranla danışıqlarda yumşaq mövqe sərgiləyəcəyi sezilir.

"Amerika hökumətinin yeni jesti bizi düşündürür. Şəxsən mən bu məsələyə nikbin yanaşıram. Düşünürəm ki, Amerika hökuməti İranla keçmiş münasibətlərini bir daha gözdən keçirəcək. İndi artıq tərəflərin bu ziddiyyətli və qarışıq münasibətlərdən zərəzsiz çıxması üçün işlər görülməlidir. Biz buna hazırıq. Bizim Yaxın Şərqdə kifayət qədər problemlərimiz var. Suriya, Şimali Afrika və Malidəki problemlər bizi narahat edir. Həmçinin, nüvə məsələsi də artıq narahatlığa səbəb olur", - deyə Salehi sözlərini ifadə edib.

Qeyd edək ki, Salehinin çıxışı zamanı ona qarşı etiraz edənlər də olub. Bir qrup fəal Almaniya Konsulluğunun qarşısında toplaşaraq İran hökumətinin əleyhinə şüarlar səsləndiriblər. Aksiyada "Salehi Berlindən get", "Salehi terrorçudur" sözləri yazılmış plakardlar nümayiş olunub.

 





05.02.2013    çap et  çap et