525.Az

Bakıda tanınmış alimin evindən oğurluq baş verib


 

Bakıda tanınmış alimin evindən oğurluq baş verib<b style="color:red"></b> Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
 
Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə prospektində yerləşən və paytaxt sakini 1937-ci il təvəllüdlü Xəlilova Rəmziyə Kazım qızına məxsus evdən 20 min manat pul və 3 min manat dəyərində qızıl oğurlanıb. Ev sahibəsi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu və qızılları oğurlamış şəxs və ya şəxslərin müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır.
 
Lent.az-ın məlumatına görə, mənzili yarılmış R.Xəlilova Azərbaycanın tanınmış kənd təsərrüfatı alimlərindəndir. Kənd təsərrüfatı üzrə elmlər doktoru olan qadın 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.
 





05.02.2013    çap et  çap et