525.Az

Hadi Rəcəbli : “ Lənkəranlılar narahatdırlar...”


 

Hadi Rəcəbli : “ Lənkəranlılar narahatdırlar...”<b style="color:red"></b>

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda  “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda “Liderlər klubu”nun növbəti qış məşğələsində iştirak edib.

525.az-ın məlumatına görə,  80 nəfər fəal gəncinin qatıldığı məşğələdə Rusiya-Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü və qurumun təşkilatcılığı ilə keçirilmış “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb.

Məşğələdə gənclərə liderlik keyfiyyətlərinin aşılanması qeyd olunub, hazırda respublikamızda mövcud olan elitanı gələcəkdə əvəz edəcək liderlərin formalaşdırılmasının əhəmiyyətindən söhbət gedib.

  Çıxış edənlər müasir dünyada millətlər və sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi ücün gənclərin, xüsusilə gənc liderlərin üzərinə düşən vəzifələrdən danışınlar.

Komitə sədri sonra “İKT ili”  ilə əlaqədar dövlət başçısının sərəncamdan irəli gələn vəzifələrə həsr olunmuş seminarda  iştirak edib.

Seminarda rayon ictimaiyyətinin nümayəndələri və fəalları iştirak ediblər.

   H. Rəcəbli Prezidentin sərəncamından irəli gələn vəzifələrdən danışıb, müasir gənclərimizin “İKT”-yə yiyələnməsinin vacibliyini vurgulayıb, ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılmasi ücün müvafiq hüquqi bazanın yaradıldığını diqqətə catdırıb, elektron hökumətin yaradılmasi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.   Millət vəkili həmcinin Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2013-cü il tarixli “Azərbaycan Respublikasında İnformasiya Texnalogiyaları Universitetinin yaradılmas haqqında” sərəncamından bəhs edib, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə universitetin əhəmiyyətli rolunu xüsusi vurğulayıb.

 Seminar iştirakçıları müxalifətin ara qarışdırma siyasətini pisləyib, bundan sonra Prezidentin ətrafında daha da sıx birləşəcəklərini bildiriblər.  

  H. Rəcəbli həmçinin, Lənkəranda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə də görüşüb.   Söhbət zamanı Lənkəran rayonunda qeyri-hökumət təşkilatları ücün yaradılmış mövcud şərait müzakirə olunub, qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verılib.

   Sonda tədbir iştirakçıları həmişə Prezident  İ. Əliyevi dəstəkləyəcəklərini, qarşıdan gələn seçkilərdə yalnız ona səs verəcəklərini bildiriblər.

K.Həmidov

 





05.02.2013    çap et  çap et