525.Az

Baş nazirin təyyarəsi eniş edə bilmədi (VİDEO)


 

Baş nazirin təyyarəsi eniş edə bilmədi <b style="color:red">(VİDEO)</b>

Rusiyanın baş naziri Dmitri Medvedevin təyyarəsi pis hava şəraiti ilə əlaqədar Moskvada eniş edə bilməyib. Rusiyanın "TV Çentr" kanalının verdiyi məlumata görə, güclü qarın yağması Vnukovo hava limanına enişi qeyri-mümkün edib və Medvedevin təyyarəsi Sankt-Peterburqa yönləndirilib.

Bu barədə Rusiya baş nazirinin mətbuat katibi Natalya Timakova məlumat verib. Qeyd edək ki, hazırda Moskvanın "Şeremetyevo", "Domodedovo" və "Vnukovo" hava limanlarında güclü qarın fəsadlarının aradan qaldırılması üçün əməliyyat qərargahları yaradılıb.

Ötən gün Moskva aeroportlarında eniş edə bilməyən təyyarələr Sankt-Peterburq, Nijni Novqorod və Samara şəhərlərinə yönəldilib.


 





05.02.2013    çap et  çap et