525.Az

Sevinc Fətəliyevadan işğalçı Ermənistan və ermənilərə kəskin ittihamlar


 

Sevinc Fətəliyevadan işğalçı  Ermənistan və ermənilərə  kəskin  ittihamlar<b style="color:red"></b>

 Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu günlərdə İtaliyanın Roma şəhərində keçirilən “Azərbaycanın dünyada mövqeyi: çağırışlar və imkanlar ” adlı konfransda iştirak edib.

525.az-ın məlumatına görə, konfransda Ermənistan-Azərbaycan münaqişəsi , Azərbaycanın daxili və xarici siyasəti, regional təhlükəsizlik məsələləri, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılıb, auditoriyanın sualları cavablandırılıb.   S. Fətəliyevanın çıxışında qeyd edib ki,  1991-ci ildə Azərbaycan müstəqil dövlət quruculuğu yoluna qədəm qoyub, öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başlayıb.

Onun sözlərinə görə, yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər: “Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu. Ümummilli liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr oldu...” Millət vəkili çıxışında həmçinin bildirib ki, ümummilli liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illərdə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib: 

 “Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirilir.

Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını  əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib və xarici siyasət xəttini daha da təkmilləşdirib.Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Təsadüfi deyil ki, dünyada maliyyə böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda iqtisadi artımın səviyyəsi 9 faiz olub. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrası, eləcə də, Azərbaycan Prezidentinin sosial təminatların, əməkhaqları və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz bu iqtisadi inkişafın təzahürüdür. Keçid dövrünü başa vuran respublikamız bu gün artıq özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilib.Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmiryolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub ...”

S. Fətəliyeva sonra çıxışı zamanı  Qarabağ probleminə toxunub:

“...Azərbaycan bu uğurları çox ağır şəraitdə, işğalçılıq  nəticəsində 20 %  əzəli torpağı ermənilər tərəfindən işğalı şəraitində nail olub.İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Bu işğalçılıq nəticəsində Azərbaycanda  öz doğma torpağından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. Diqqətə çatdırdım ki, münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinədüşməsi ilə nəticələnən böyük humanitar fəlakətə səbəb olub. Öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər ağır və dözülməz şəraitdə yaşamağa məcbur olublar. Beləliklə, yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. Əlavə etdim ki, Azərbaycan hökuməti  əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            Azərbaycan hökuməti bu gün məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatları üçün tədbirlər görür.Lakin bütün bu tədbirlər məcburi köçkünlərin hüquqlarının təmini baxımından kifayət deyildir. Beynəlxalq

hüquqdan irəli gələrək, hər bir qaçqın və məcburi köçkünün öz daimi yaşayış yerinə qayıtmaq, öz mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququ vardır ki, bütün bu hüquqlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlayan Ermənistan tərəfindən kütləvi şəkildə pozulub. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.  XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu...

Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.  Erməni qəsəbkarları bu gündə günahsız insanların hüquqların pozur, körpə uşaqları snayperləri vasitəsi ilə qətlə yetirir. Azərbaycanın iqtisadi potensialı hər gün artır, inkişaf edir. Bu, Ermənistan iqtisadiyyatı ilə müqayisəedilməz dərəcədə böyükdür. Təkcə Azərbaycan ordusunun büdcəsi düşmən ölkənin dövlət büdcəsindən bir neçə dəfə çoxdur. Artıq dünya ölkələri də bilir ki, biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur...”
K.Həmzəoğlu

 





05.02.2013    çap et  çap et