525.Az

Azərbaycanda dəhşətli yol qəzası: 5 ölü, 2 yaralı


 

Azərbaycanda dəhşətli yol qəzası: <b style="color:red">5 ölü, 2 yaralı</b>

Bakı-Astara yolunun 56-cı kilometrliyində, Salyan rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb. “Mercedes” və “Fiat” markalı avtomobillərin toqquşması nəticəsində, 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
 
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





05.02.2013    çap et  çap et