525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1992-ci il. Azərbaycan Finlandiya ilə diplomatik əlaqələr qurub.

1872-ci il. Tanınmış yazıçı, publisist, Əməkdar İncəsənət Xadimi Məmməd Səid Ordubadinin doğum günüdür (1872-1950).  O, “Dumanlı Təbriz”, "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan nəsrini zənginləşdirib.

1938-ci il. Azərbaycan Xalq Artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun doğum günüdür (1938-2003). 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu başa vuran H.Turabov elə həmin ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. "Yeddi oğul istərəm", "Babək", "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", “Qanlı zəmi”, "Bəyin oğurlanması" və başqa filmlərdə bir-birindən maraqlı rollar yaradıb.

1882-ci il. Ümumdünya Vərəmlə Mübarizə Günüdür.

1882-ci il martın 24-də alman mikrobioloqu Robert Kox vərəm xəstəliyinin törədicisi olan çöpləri kəşf edib. Kox vərəmlə bağlı tədqiqatlarına və kəşfinə görə 1905-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb. O, vərəm çöpləri ilə bərabər, Sibir xorasının törədicisini və xolera vibrionunu aşkar edib. Dünya Səhiyyə Təşkilatı 1982-ci ildə martın 24-nü Ümumdünya Vərəmlə Mübarizə Günü elan edib.

1802-ci il. İngilis ixtiraçısı Riçard Trevitik parovoz üçün ilk patenti alıb. O, parovozun hamar çarxlarının hamar relslərə sürtünməsi qüvvəsinin, hətta yüklənmiş vaqonlardan ibarət qatarı ardınca aparsa belə, lokomotivin hərəkət etməsi üçün tamamilə yetərli olmasını təcrübə yolu ilə sübuta yetirərək nəqliyyat sənayesində inqilab edib. R.Trevitik 1803-cü ildə relsli yol üçün parovoz düzəldib, 1804-cü ilin fevralında isə onun ilk sınağını keçirib.

1898-ci il.  ABŞ-da “Uinton” modelindən olan ilk avtomobil satılıb. ABŞ-da avtomobilqayırmanın əsası 1896-cı ildə qoyulub. Elə həmin il Amerika avtomobillərinin buraxılışı üzrə ilk şirkət yaradılıb.  “Winton Motor Carriage Company” şirkətinin istehsal etdiyi “Uinton” modelini 1998-ci il martın 24-də dağ-mədən mühəndisi Robert Ellison 1000 dollara alıb.

1613-cü il. Rusiyada Romanovlar sülaləsi hakimiyyətə gəlib.

 





24.03.2016    çap et  çap et