525.Az

Rövşən Lənkəranski güllələndi


 

Rövşən Lənkəranski güllələndi<b style="color:red"></b>

Azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski” güllələnib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın “Praym Kraym” xəbər portalı məlumat yayıb.

Məlumatda bildirilib ki, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev və “Sutulıy” ləqəbli kriminal avtoritet Əhməd Yevloyevə sui-qəsd edilib.

Qeyd edək ki, keçən ay Rusiya mafiyasının xaç atası sayılan “Ded Xasan” ləqəbli Aslan Usoyanın öldürülməsindən sonra kriminal aləmdə qruplaşmalar arasında qızğın mübarizə başlayıb. Aslan Usoyanın tərəfdarları onun ölümündə azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”ni günahlandırırlar.

 





05.02.2013    çap et  çap et