525.Az

Dünyanı dəyişən 10 qanun


 

Dünyanı dəyişən <b style="color:red">10 qanun</b> İsaak Nyuton - Ümumdünya cazibə qanunu

Nyutonun qanunu planetlərin niyə belə hərəkət etdiklərini və qravitasiyanın həm yer kürəsində həm də kainatda necə işlədiyini izah edir. İlk dəfə 1687-ci il iyul ayında Principia kitabında çap olunan Ümumdünya Cazibə Qanunu Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi ilə əvəz olunana kimi 200 ilədək faktiki istinad qanunu kimi qüvvədə qaldı.

Albert Eynşteyn - Nisbilik nəzəriyyəsi

Eynşteynin ən böyük töhvəsi ümumi qəbul edilmiş məkan ilə zaman arasında olan nəzəriyyədir. İlk dəfə 1905-ci ildə irəli sürülən Nisbilik Nəzəriyyəsi həm fizikanın istiqamətini kökündən dəyişdi, həm də kainatın keçmişi, indiki halı və gələcək vəziyyəti haqqında biliklərimizi artırdı.

Pifaqor teoremi

Evklid həndəsəsində başlıca prinsip olan və iki nöqtə arasındakı məsafəni təyin edən bu qədim teorem ilk dəfə təxminən e.ə 570-495-ci illərdə qeydə alınmışdır. Pifaqor teoremi həmçinin planimetriyada (bir müstəvi üzərində yerləşən fiqurlar) düzbucaqlı üçbucağın tərəfləri arasındakı münasibətləri ifadə edir.

Maksvell tənlikləri

Ceyms Klerk Maksvellin tənliklər sistemi elektrik və maqnit sahələrinin həm bir-birilərinin, həm də elektrik yükü və cərəyanları arasında necə yarandığını və dəyişdiyini təsvir edir. Nyutonun qanunları və ümumdünya cazibə qanunu klassik mexanika üçün nə deməkdirsə, ilk dəfə 1861-ci və 1862-ci illər arasında nəşr olunan bu tənliklər sistemi də klassik elektromaqnitizm üçün o mənanı kəsb edir.

Termodinamikanın ikinci qanunu

Rudolf Klauziusun qanunu bəyan edir ki, enerji hər zaman yüksək konsentrasiyadan aşağı konsentrasiyaya axın edir. O, həmçinin qeyd edir ki, enerji hər dəyişdiyində və hərəkət etdiyində daha az faydalı olur. 1865-ci ildə düsturlaşdırılan bu qanun daxili yanma mühərriki kimi texnologiyaların, kriogenikanın (aşağı temperatur fizikası və texnikası) və elektroenerji istehsalı kimi sahələrin təkan etməsinə gətirib çıxartdı.

Loqarifm

Loqarifm terminini elmə ilk dəfə 17-ci əsrin əvvəllərində Con Napyer hesablamaları asanlaşdırmaq üçün gətirmişdir. Loqarifm “Y rəqəmini almaq üçün neçə X rəqəmini bir-birinə vurmaq lazımdır?” sualına cavab verir. Loqorifm şturmanlar, alimlər və mühəndislər tərəfindən mənimsənilmişdir. Bugün elmi hesablamalar aparmaq üçün kalkulyatorlar və elektron kompüterlər bizim yerimizə işi görür.

Kalkulus (riyazi analiz)

İki əsas bölməsi vardır, diferensial hesablama (kəmiyyətin hansı sərfdə dəyişdiyini ölçür, məs. əgər saatda 2 km gəzirsinizsə, demək hər bir saata hər 2 km-də vəziyyətiniz dəyişəcək) və inteqral hesablama (kəmiyyətlərin toplanmasını və əyri xətlərin altındakı və arasındakı məsafələri hesablıyır). 1600-cü ildə Nyuton kalkulus hesablamasından qanunlarını və cazibə qanununu ərsəyə gətirmək üçün istifadə etmişdir.

Şrödinger tənliyi

Tənlik kvant sisteminin kvant halının zaman ilə necə dəyişdiyini təsvir edir. 1926-cı ildə Avstriya fiziki Ervin Şrödinger tərəfindən irəli sürülən bu tənlik kvantum mexanikasının daxilində atomların və subatom hissəciklərinin davranışını müəyyənləşdirir. Şrödinger tənliyi nüvə enerjisi, mikroçiplər, elektron mikroskoplar və kvant kompüterləri üçün zəmin yaratdı.

İnformasiya nəzəriyyəsi

İnformasiya nəzəriyyəsi riyaziyyatın simvolların ardıcıllığı və informasiyanın hansı sürətdə ötürülə biləcəyi formada kodlaşdırmasını öyrənən bir bölməsidir. İnformasiya nəzəriyyəsinin tərkibindəki başlıqlara məlumatların sıxılması və kanalların kodlaşdırılması daxildir. Bu sahə üzrə aparılan araşdırmalar internetin və mobil telefonların inkişafında mühüm rol oynamışdır.

Xaos nəzəriyyəsi

Xaos nəzəriyyəsi davranışı cüzi dəyişikliklərinə kəskin şəkildə həssaslıq göstərən mürəkkəb sistemləri öyrənən riyaziyyat elminin bir bölməsidir. Əslində bu cüzi dəyişikliklərin böyükmiqyaslı nəticələrə gətirib çıxaracağını göstərir. Xaos nəzəriyyəsi öz tətbiqini demək olar ki, hər yerdə tapıb – meteorologiya, sosiologiya, fizika, kompüter elmi, mühəndislik, biologiya və fəlsəfə.
 





24.03.2016    çap et  çap et