525.Az

Rusiyadan qorxan general cəzalandırılacaq


 

Rusiyadan qorxan general cəzalandırılacaq<b style="color:red"></b> İsveç ordusu baş qərargah rəisi Sverker Göransson ölkəsinin hərbi gücünün yetərsiz olduğunu deyib: « Rusiya istəsə, İsveçi bir həftədə işğal edə bilər».
 
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, deyib ki, xarici ölkələr yardım etməzsə, o zaman Rusiya bir həftəyə ölkəsinin ərazisini zəbt edər.
 
Onun qənaətincə, İsveç heç vaxt yaxşı silahlanmayıb. Rəis ölkəsinin «silahsızlanması» siyasətini yürüdən siyasətçiləri qınayıb: «Bu siyasət üzündən Şərqdən (Rusiyanı nəzərdə tutur-red.) gələcək təhlükənin qarşısında müdafiəsizik».
 
Göransson Rusiya tərəfdən təhlükə görmədiyini də vurğulayıb.
 
Müdafiə Nazirliyinin gizli məlumatlarına istinadən verilən bu bəyanata İsveç hökumətindən cavab gəlib. Hökumət ölkənin təhlükəsizliyinə zərər gətirə biləcək bu çıxışa görə, qərargah rəisinin cəzalandırılacağını bildirib.
 





06.02.2013    çap et  çap et