525.Az

Şəhid əsgərimiz dəfn olundu (FOTO)


 

Şəhid əsgərimiz dəfn olundu <b style="color:red">(FOTO)</b>

Ötən gün səhər saatlarında şəhid olmuş Azərbaycan ordusunun əsgəri 19 yaşlı Sənan Dövlət oğlu Əlizadənin nəşi doğulduğu Cəlilabad rayon Alar kəndinə gətirilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, daha sonra şəhidin Azərbaycan bayrağına bükülmüş cənazəsi Sənanın xidmət etdiyi hərbi hissənin əsgər və zabitlərinin müşayətilə doğulduğu kənd qəbiristanlığında torpağa tapşırıldı.

Şəhidin yaxınlarının sözlərinə görə, Sənan ordu sıralarına hələ çağırılmamış gələcək hərbi xidmətini döyüş bölgəsində keçirməyi arzu edirmiş. Elə onun bu arzusu Sənanı şəhidlik zirvəsinə ucaltdı.

Qeyd edək ki, Sənan Əlizadə və Azərbaycan ordusunun digər bir zabiti, leytenant Tural Nadir oğlu Əsgərov dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olublar.

Allah rəhmət eləsin!

 





06.02.2013    çap et  çap et