525.Az

Bakı Şəhər Baş Polis İdarəsi baş verən silahlı insidentlə bağlı məlumat yayıb


 

Bakı Şəhər Baş Polis İdarəsi baş verən silahlı insidentlə bağlı məlumat yayıb<b style="color:red"></b> Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
 
İdarədən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən «Elbaro» restoranında Bakı şəhər sakini - 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu ona məxsus «Sayqa» markalı ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğluna və oğlu 1993-cü il təvəllüdlü Eminə bud nahiyəsindən xəsarət yetirib.
 
Yasamal rayon Polis İdarəsi, 28-ci Polis Bölməsi keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub.

Hazırda istintaq hərəkətləri davam etdirilir.
 





06.02.2013    çap et  çap et