525.Az

Rusiyadan turist axını proqnozlaşdırılır


 

Rusiyadan turist axını proqnozlaşdırılır<b style="color:red"></b> Bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayı minimum 50% artacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti yerli turizm şirkətlərinə istinadən yazır.
 
Şirkət rəhbərləri bunu Rusiya vətəndaşlarının Türkiyəyə birbaşa uçmaq imkanı olmaması ilə əlaqələndirir.
 
"Yaranmış vəziyyət vətəndaşlarımızı qonşu ölkələrdə alternativ axtarmağa məcbur edir. Son zamanlar Bakı və Tbilisiyə gedən turistlərin sayı kəskin artıb.

Təkcə yanvardan aprelədək bu istiqamətdə (Bakı və Tbilisi - red.) satılan biletlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə üçqat artıb", - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib.
 





28.03.2016    çap et  çap et